ABŞ Silahlı Qüvvələri İranın 155-dən çox gəmisinə zərbə endirdiyini bildirib
ABŞ İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri İslam Respublikasının 155-dən çox gəmisinə zərər vurub və ya məhv edib.
"İnformator.az" xəbər verir ki, bu iddia ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən irəli sürülüb.
Məlumatlara görə, 6 aprelə qədər İranın 155-dən çox gəmisi ya "məhv edilib və ya zədələnib". Bundan əlavə, "Epik qəzəb" əməliyyatının bir hissəsi olaraq ABŞ hərbçiləri 13 mindən çox hədəfə zərbə endirib.