ABŞ şirkəti Şimali Koreyaya cərimə ödəyəcək
ABŞ-ın Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları pozaraq bu ölkəyə siqaret satdığını etiraf edən Londonda yerləşən tütün və elektron siqaret şirkəti British American Tobacco (BAT) 650 milyon dollar cərimə ödəyəcək.
BAT-ın 2007-2017-ci illər arasında Şimali Koreyadakı fəaliyyəti nəticəsində yaranan bu cərimənin məbləği şirkətin ABŞ Ədliyyə və Xəzinədarlıq Nazirliyi ilə apardığı müzakirələr zamanı müəyyən edilib.
Dünyanın və Böyük Britaniyanın 10 ən böyük şirkətindən biri olan BAT Dunhill, Pall Mall və Lucky Strike kimi bir çox brendə sahibdir. Şirkət sanksiyaları pozduğunu etiraf edib.
Fatima
