00:00:00
Yazar
Admin User
07.01.2026 17:21 193 2 dəq oxuma
İqtisadiyyat

ABŞ şirkətləri “Lukoil”in beynəlxalq aktivlərinin bölüşdürməyi planlaşdırır

ABŞ şirkətləri “Lukoil”in beynəlxalq aktivlərinin bölüşdürməyi planlaşdırır

ABŞ-nin “Chevron” şirkəti və “Quantum Energy Partners” investisiya qrupu Rusiyanın “Lukoil” şirkətinin beynəlxalq aktivlərinin bölüşdürülməsi ilə bağlı saziş bağlamağı planlaşdırır.

 

Mövzu ilə bağlı iqtisadi şərhçi Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, qeyd olunan məsələ ABŞ və Rusiya arasında təzadları artıracaq:

 

"Eyni zamanda iqtisadi münasibətlərin təlatümünə səbəb olacaq. Habelə qlobel enerji bazarında fərqli formada yeni qütbləşmə meydana gətirəcək, balans dəyişəcək. Belə çıxır ki, ABŞ-nin "Chevron" enerji şirkəti və "Quantum Energy Partners" şəxsi investisiya qrupu Rusiyanın "Lukoyl" neft şirkətinə məxsus təqribən 22 milyard dollar həcmində xarici aktivləri ələ keçirmək niyyətindədir. Şirkətlər aktivlərin satışa çıxarılacağı hərraca qoşulacaqlar. Hərracda alış baş tutacağı təqdirdə aktivlər iki şirkət arasında bölüşdürüləcək. 2025-ci ilin oktyabrın ayının sonlarında ABŞ-nin Maliyyə Nazirliyi həm "Lukoyl"a, həm də Rusiyanın digər böyük neft şirkəti "Rosneft"ə qarşı sanksiyalar irəli sürüb. Bu sanksiyalar nəticəsində "Lukoyl" öz beynəlxalq aktivlərini satmaq qərarına gəlib. Nazirlik sanksiyaların səbəbini Moskvanın sülh prosesinə ciddi maraq göstərməməsi ilə əlaqələndirərək, aktivlərinin satışı üçün lisenziya çıxarıb. "Chevron" şirkəti hələ 2025-ci ilin noyabrında bu aktivləri mənimsəmək istədiyini dilə gətirib. Eyni zamanda, Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti də sözügedən aktivləri almağa iddialıdır. Beləliklə beynəlxalq aktivlərin bölüşdürülməsi şirkətlərin uzunmüddətli investisiya strategiyasına mənfi təsir edərək ümumiyyətlə dünya iqtisadiyyatında yeni mərhələnin başlanmasını təmin edəcək. Artıq Rusiya ilə bağlı ABŞ-nin ciddi planlarının icrasına başlandığını da müşahidə edirik".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər