00:00:00
Yazar
Admin User
23.09.2025 10:06 122 2 dəq oxuma
İqtisadiyyat

“ABŞ Türkiyənin ən böyük 5 ticarət tərəfdaşından biridir”

“ABŞ Türkiyənin ən böyük 5 ticarət tərəfdaşından biridir”

Siyahıya spirtli içkilər, avtomobillər, tütün və kosmetika daxildir. Ticarət Nazirliyi qərarı uğurlu danışıqların nəticəsi kimi dəyərləndirib. Qeyd edək ki, bu rüsumlar 2018-ci ildə Tramp administrasiyasının Türkiyə mallarına qoyduğu məhdudiyyətlərə cavab olaraq tətbiq olunub.

 

Mövzu ilə bağlı politoloq Akif Nəsirli “ İnformator.az” a açıqlamasında bildirib ki, Türkiyənin bu addımı Ankara ilə Vaşinqton arasında ticarət münasibətlərinin normallaşmasının göstəricisidir:


“ABŞ Türkiyənin ən böyük 5 ticarət tərəfdaşından biridir və 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 32 milyard dollar olub. Rüsumların ləğvi tərəflər arasında “qarşılıqlı etimad jesti” sayılır. Bu addım ABŞ-dən Türkiyəyə daha çox investisiya gəlməsi və gələcəkdə azad ticarət sazişi üzrə müzakirələrin yenilənməsi ehtimalını gücləndirə bilər. Siyasi müstəvidə də münasibətlərin gərginlikdən daha praqmatik əməkdaşlığa yönəlməsinə xidmət edə bilər. Rüsumların aradan qaldırılması idxal olunan məhsulların maya dəyərini azaldacaq. Spirtli içkilər və tütün məhsullarında isə yüksək aksiz və daxili vergilər qalmaqda davam etdiyi üçün ucuzlaşma məhdud olacaq. Ümumi inflyasiya göstəricilərinə ciddi təsir etməsə də, bəzi idxal məhsullarının daha əlçatan olması ehtimalı var. Xüsusilə avtomobil, kosmetika və spirtli içkilər sektorunda fəaliyyət göstərən yerli istehsalçılar rəqabət təzyiqi ilə üzləşə bilərlər. ABŞ istehsalı olan məhsullar keyfiyyət və marka dəyəri baxımından daha cəlbedici ola bilər. Bu da yerli istehsalçıların bazar payını daralda bilər. Digər tərəfdən, rəqabətin artması istehlakçı üçün daha keyfiyyətli və münasib qiymətli məhsullar gətirə bilər”. 


Aysu Abbasova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər