ABŞ: Ukraynadakı müharibədə Rusiya 20 mindən çox əsgər itirib
Ağ bu dəfə Rusiya qoşunlarının dekabrdan bəri Ukraynaya qarşı müharibədə 100 min itki verdiyini iddia edib.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, Ağ Ev təmsilçisi Kirbi 80 min əsgərin yaralandığını, 20 minin isə həyatını itirdiyini bildirib.
Kirbi 20 min itki verən rus qoşunlarının təxminən yarısının Rusiyanın bütün həbsxanalarından cəlb edilmiş keçmiş cinayətkarlar olan muzdlu Vaqner döyüşçüləri olduğunu iddia edib.
Rusların Donbas bölgəsinə bir aydır hücum cəhdinin "böyük ölçüdə uğursuzluqla nəticələndiyini" ifadə edən Kirbi Rusiyanın itkiləri ilə bağlı məlumatların ABŞ kəşfiyyatına aid olduğunu bildirsə də, Ukrayna tərəfinin itkilərindən bəhs etməyib.
Sayad
