ABŞ və Braziliya arasında Ukrayna mübahisəsi
Rusiya xarici işlər naziri Sergey Lavrovun Braziliyaya səfəri zamanı Ukrayna müharibəsi ilə bağlı Vaşinqton və Braziliya administrasiyası arasında gərginlik yaşanıb.
Ağ Ev Braziliyanın bu mövzuda "Rusiya və Çin təbliğatını təkrar etdiyini" bildirsə də, Braziliya ABŞ hökumətinin tənqidlərini rədd edib.
Braziliyanın xarici işlər naziri Mauro Vieira Lavrovla keçirdiyi mətbuat konfransında Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə cavab verib. Eyni zamanda prezident Luiz İnasio Lula da Silvaya yönəlik tənqidləri qəbul etmədiklərini bildirib.
Braziliya ilə Rusiya arasında 195 ildən artıq bir diplomatik əlaqənin olduğunu vurğulayan Vieira Braziliyanın sülh tərəfdarı olduğunu və bu məqsədlə lazım olan bütün addımları atmağa hazır olduqlarını bildirib.
Ağ Ev Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa İttifaqının "sülh haqqında danışmağa başlamalı" sözlərini tənqid edərək, Braziliyanın Rusiya və Çin təbliğatını təkrarladığını bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Lulanın Çinə səfəri zamanı ABŞ və Avropa İttifaqının (AB) Ukrayna müharibəsi ilə bağlı "sülhdən danışmağa başlamalı" ifadəsinə gəlincə, Kirbi ABŞ və Avropanın sülh istəmədiyini eyham etmənin problemli olduğunu bildirib.
Kirbi Braziliyanın faktlara əsaslanmadan Rusiya və Çin təbliğatını təkrarladığı fikrini müdafiə edib.
Fatima
