00:00:00
Yazar
Admin User
16.10.2025 17:35 187 2 dəq oxuma
İqtisadiyyat

“ABŞ və Çin arasında qarşılıqlı tariflərin artırılması siyasəti davam edir”

“ABŞ və Çin arasında qarşılıqlı tariflərin artırılması siyasəti davam edir”

ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün Çinə qarşı yeni rüsumlar hesabına maliyyələşdiriləcək "qələbə fondu"nun yaradılması üzərində işləyir.


Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ və Çin arasında qarşılıqlı tariflərin artırılması siyasəti davam edir:


"ABŞ-nin Prezidenti Çinə qarşı tariflərin 100 faiz artırılacağı ilə bağlı açıqlama verib. Dünyanın 2 ən böyük iqtisadi gücünə malik olan dövlətlər arasındakı bu münasibətlər qlobal ticarətə təsir göstərir. Ümumiyyətlə, öncədən gözləntilər, qiymətləndirmələr bundan ibarət idi ki, qlobal ticarət müharibəsi bütövlükdə dünya üzrə ticarət dövriyyəsinin 350 milyard dollara qədər azalmasına gətirib çıxara bilər. Artıq təbii ki, bu iqtisadiyyata da öz təsirini göstərir. Qarşılıqlı tariflərin tətbiq edilməsi və artırılması dünya iqtisadiyyatı üçün arzuolunan deyil. ABŞ- nin əsas məqsədi daxili bazarı qorumaqdan ibarətdir. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, bu qlobal iqtisadiyyata təsirsiz ötüşmür. Oxşar tariflər də bir sıra Avropa ölkələrinə ABŞ-dən tətbiq olunur. Avropa hələlik Çin və digər aparıcı dövlətlər ilə mövcud tarif siyasətini qoruyub saxlamağa çalışır. Hələlik Avropa ölkələrindən bu istiqamətdə yeni qərarlar qəbul edilməyib, ona görə Avropa iqtisadiyyatı qlobal müharibələrin təsirlərini minimumlaşdırmağa çalışır. Təbii ki, qlobal müharibə dərinləşərsə bütün inkişaf etmiş ölkələrə təsir edə bilər, o cümlədən Avropa iqtisadiyyatı da bu qarşılıqlı tariflərin artırılmasından Avropaya da təsirsiz ötüşməyəcəyi gözlənilir".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər