ABŞ və İran 45 günlük mümkün atəşkəs barədə danışıqlar aparır
Birləşmiş Ştatlar və İran 45 günlük mümkün atəşkəs barədə müzakirələr aparır.
"İnformator.az" xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumatlı mənbələrə istinadən yazıb.
Əldə edilən məlumatlara görə, Vaşinqton, Tehran və bir sıra regional vasitəçilər qarşıdurmanın tamamilə başa çatmasına gətirib çıxara biləcək potensial 45 günlük atəşkəsin şərtləri üzərində işləyirlər.
Nəşrin həmsöhbətləri etiraf ediblər ki, yaxın 48 saat ərzində razılaşmanın əldə olunması ehtimalı böyük deyil, lakin bu, İranın mülki infrastrukturuna genişmiqyaslı zərbələri və Fars körfəzi ölkələrində enerji obyektlərinə və su təchizatı sistemlərinə cavab hücumlarını nəzərdə tutan ciddi eskalasiyanın qarşısını almaq üçün yeganə şans ola bilər.