00:00:00
Yazar
Güllər Gülhüseynova
08.04.2026 09:16 14 1 dəq oxuma
Dünya

ABŞ və İran arasında atəşkəs bəyanatından sonra neft ucuzlaşıb

ABŞ və İran arasında atəşkəs bəyanatından sonra neft ucuzlaşıb

ABŞ və İran arasında iki həftəlik atəşkəs barədə məlumatdan sonra neftin dünya qiymətləri kəskin aşağı düşüb.

 

"İnformator.az" xəbər verir ki, hərraclar zamanı "Brent" markalı neftin qiyməti martın sonundan bəri ilk dəfə olaraq bir barel üçün 94 dollardan aşağı düşüb.

 

Bakı vaxtı ilə saat 04:18-ə olan vəziyyətə görə, "Brent" neftinin iyun fyuçersləri əvvəlki bağlanışla müqayisədə 10,9% ucuzlaşaraq bir barel üçün 93,70 dollara enib.

 

"The New York Times" nəşrinin məlumatına görə, "WTI" markalı neftin qiyməti də 9%-dən çox ucuzlaşaraq bir barel üçün 102 dollar olub.

#ucuzlaşıb #arasında #atəşkəs #gündəm #i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər