ABŞ və İran razılaşmaya çox yaxındır- Cey Di Vens
ABŞ və İran hələ sülh razılaşmasına nail olmayıblar, lakin buna çox yaxındırlar. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında bildirib və tərəflərin danışıqları davam etdirəcəyini vurğulayıb.
Bundan əvvəl Axios mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ və İran nümayəndələri 60 günlük atəşkəsi və Tehranın nüvə proqramı üzrə məsləhətləşmələrin başlanmasını nəzərdə tutan anlaşma memorandumunun layihəsi üzrə razılığa gəliblər. Lakin Tasnim agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadla qeyd edib ki, sənədin mətni hələ razılaşdırılmayıb və rəsmi təsdiqini almayıb.
Tass
Mələk Hüseynova