00:00:00
Yazar
Səadət Əlizadə
22.10.2026 21:25 20 1 dəq oxuma
Dünya

ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır?

ABŞ və İsrail İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır?

ABŞ və İsrailin noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyat planlaşdırdığı bildirilir. Məlumata görə, mümkün zərbələr İranın enerji infrastrukturu, nüvə obyektləri və raket arsenalını əhatə edə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ və İsrail liderlərinin son açıqlamaları, eləcə də regionda hərbi qüvvələrin artırılması mümkün əməliyyat ehtimalını gücləndirir:

 

"Diplomatik danışıqlar davam etsə də, tərəflər arasında yekun razılığın əldə olunmaması gərginliyi qoruyub saxlayır. Mümkün əməliyyatın əsas hədəflərinin İranın nüvə obyektləri və raket arsenalı olacağı ehtimal edilir. ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra regionda vəziyyətin daha da gərginləşməsi mümkündür".

 

Onun fikrincə, hərbi əməliyyatların başlanması Yaxın Şərqdə eskalasiya riskini artıracaq:


"İranın ABŞ-nin regiondakı hərbi bazalarına və İsrailə raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirməsi mümkündür. Bu isə qarşıdurmanın genişlənməsinə, regional təhlükəsizlik risklərinin artmasına və beynəlxalq təhlükəsizlik mühitinin daha da mürəkkəbləşməsinə səbəb ola bilər".

 

Sonda bildirib ki, mümkün hərbi əməliyyatlar dünya enerji bazarına ciddi mənfi təsir göstərə bilər:

 

"Xüsusilə, Hörmüz boğazı ətrafında vəziyyətin qeyri-müəyyən qalması və gərginliyin artması neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bu, enerji təchizatında problemlər yaradaraq qlobal iqtisadiyyata mənfi təsir göstərə və beynəlxalq bazarlarda qeyri-sabitliyi gücləndirə bilər".

 

Fatimə İbrahimova

#əməliyyata #yeni #qarşı #hazırlaşır? #i̇srail
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər