ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb
ABŞ Venesuela hökumətinə və bir neçə banka qarşı sanksiyaları yumşaldıb.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunmuş sənədlərdə bildirilir.
Sənədlərə əsasən, Vaşinqton müəyyən şərtlərlə Venesuela hökuməti ilə kommersiya müqavilələrinə icazə verib, Rusiya, İran, Şimali Koreya və Kubada yerləşən şəxslərlə əməliyyatlar, eləcə də Çin qurumları ilə əməliyyatlar qadağan olaraq qalır.
Bundan əlavə, "Banco Central de Venezuela", "Banco de Venezuela", "S.A. Banco Universal" (Banco de Venezuela) və digər banklara beynəlxalq əməliyyatlar və maliyyə xidmətlərinin göstərilməsinə icazə verilir.