00:00:00
Yazar
Admin User
10.12.2025 05:56 235 1 dəq oxuma
Sosial

ADA universitetində yeni nəsil storytelling trendləri təlimi keçirilib

ADA universitetində yeni nəsil storytelling trendləri təlimi keçirilib

ADA Universitetində “Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin” birgə təşkilatçılığı ilə “Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib.


“İnformator.az” xəbər verir ki, təlim 4 sessiyadan ibarət olub. Təlimçi “Medianın İnkişafı Agentliyinin” İcraçı direktorunun müavini, əməkdar jurnalist, yazıçı Natiq Məmmədlidir.

 

İlkin olaraq təlim iştirakçıları özləri haqqında məlumat veriblər. 1-ci sessiyada “Ədəbi dilin publisist üslubu: Bədii publisistikanın janrları” müzakirə olunub. Natiq Məmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dil haqqında fikirlərini səsləndirib. N.Məmmədli Azərbaycan dilinin tarixi periodları haqqında məlumat verib. Təlimçi “Ədəbi dilin şifahi və yazılı formaları, üslubları və janrlar haqqında danışıb.

 

Təlimin 2-ci sessiyası “Storytelling:mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları” olub. Natiq Məmmədli bu sessiyada “Storytelling”in əsas xüsusiyyətləri və qiymətləndirmə meyarları haqqında məlumat verib. Daha sonra iştirakçılara bu mövzuda nümunələr təqdim olunub. İştirakçılar nümunələr ilə bağlı fikirlərini səsləndiriblər. 

Təlimin 3-cü sessiyasında “Narrativ nəzəriyyəsi: prinsipləri və istiqamətləri” müzakirə olunub. Sonuncu sessiya isə “Vörkşop:nəzəri biliklərin möhkəmləndirilməsi” haqqında olub.


Sonda iştirakçılara sertifikat təqdim olunub və xatirə fotosu çəkilib.

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər