00:00:00
Yazar
Zəri Bayramlı
11.05.2026 21:41 33 1 dəq oxuma
Araşdırma

Adı və soyadı dəyişib borcdan yayınmaq olar?-Hüquqşünas açıqladı

Adı və soyadı dəyişib borcdan yayınmaq olar?-Hüquqşünas açıqladı

Müasir dövrdə bank kreditləri insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bəzi hallarda kredit borcu olan şəxslər ad və ya soyad dəyişdirərək öhdəlikdən yayınmağın mümkün olub-olmadığını düşünürlər

 

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, hər bir vətəndaşın ad və soyadını dəyişmək hüququ olsa da, bu, heç bir halda maliyyə öhdəliklərindən yayınmağa əsas vermir:

 

 

“Hər kəsin ad və soyadını dəyişmək hüququ var, lakin bu, kredit borcundan yayınmaq üçün əsas sayılmır. Çünki kredit və digər müqavilələr bağlanarkən əsas identifikasiya vasitələrindən biri FIN kod olur və müqavilələr də məhz həmin məlumat əsasında rəsmiləşdirilir.Şəxsin adı, soyadı və digər məlumatları dəyişsə belə, FIN kod dəyişmir. Bu səbəbdən də şəxsi FIN kod vasitəsilə axtararkən onun həm əvvəlki, həm də yeni məlumatlarını görmək mümkündür”.

 

 

Hüquqşünasın sözlərinə görə, şəxsi məlumatlarda edilən hər hansı dəyişiklik mövcud kredit öhdəliyini aradan qaldırmır:

 

“Məlumatlarda dəyişiklik edilməsi kredit öhdəliyini aradan qaldırmır və heç bir halda kredit borcundan yayınmağa imkan vermir”.

 

Zəri Bayramlı

#açıqladı #borcdan #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər