00:00:00
Yazar
Cavahir Əsgərbəyli
28.04.2026 15:09 12 1 dəq oxuma
Dünya

ADNOC-a məxsus tanker Hörmüzdən keçən maye qaz daşıyan ilk gəmi olub

ADNOC-a məxsus tanker Hörmüzdən keçən maye qaz daşıyan ilk gəmi olub

Mayeləşdirilən təbii qazla (LNG) yüklənmiş ADNOC-a məxsus tanker martın əvvəlindən bəri bloklanmış Hörmüz boğazından keçən ilk gəmi olub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.

 

 

Qeyd olunub ki, söhbət Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC milli neft şirkətinə məxsus "Mubaraz" gəmisindən gedir. O, göyərtəsində təxminən 132,9 min kubmetr LNG olmaqla aprel ayında Fars körfəzindən yola düşüb.

 

Bununla yanaşı bildirilb ki, yüklənmə hələ martın 2-də Das adasında həyata keçirilib.

 

"Kpler"də qeyd edilib ki, tanker boğazı 18–19 aprel tarixləri arasında keçmiş ola bilər.

 

#adnoc-a #məxsus #daşıyan #gəmi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər