00:00:00
Yazar
Zəhra Həsənova
30.04.2026 22:16 40 2 dəq oxuma
Sosial

Adrenokrom iddiaları: Miflər, reallıq və psixoloji təsir

Adrenokrom iddiaları: Miflər, reallıq və psixoloji təsir

Son illərdə sosial mediada geniş yayılan adrenokrom iddiaları həm tibbi, həm də psixoloji baxımdan ciddi müzakirələr doğurur. Adrenokrom iddiaları, xüsusilə, “Epşteyn işi” ilə əlaqələndirilərək cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bəziləri bu maddəni “gəncləşmə iksiri” kimi təqdim etsə də, ekspertlər bunun elmi əsasının olmadığını bildirir. Mövzu ilə bağlı mütəxəssis rəyi isə bu iddiaların insanların psixologiyasına necə təsir göstərdiyini ortaya qoyur.

Mövzu ilə bağlı Uzman psixoloq-psixoterapevt Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova “İnformator.az”a açıqlamasında bildirib ki, beyin qorxu, həyəcan və möcüzəvi xəbərlərə daha güclü reaksiya verdiyi üçün “emosional üstünlük” effekti yaranır:

 

"Adrenokromun psixoloji təsirləri ilə bağlı aparılan araşdırmalar indiyədək elmi nəticəyə gətirib çıxarmayıb. Onun “gəncləşdirici” və ya “mistik” təsirləri barədə iddialar elmi əsasdan məhrumdur. Bu mövzunun sosial mediada konspirasiya nəzəriyyələri ilə təqdim olunması insanların maraq və qorxu hisslərini oyadır, lakin faktlarla uyğun gəlmir. İnsanlar çox vaxt sensasiyalı iddialara inanmağa meyllidirlər, çünki bu cür məlumatlar emosional təsir gücünə malik olur və sadə izahlar mürəkkəb elmi faktlardan daha rahat qəbul edilir. Beyin qorxu, həyəcan və möcüzəvi xəbərlərə daha güclü reaksiya verdiyi üçün “emosional üstünlük” effekti yaranır. Sosial mediada bir mövzunun çox paylaşılması isə “hamı danışır” təsiri yaradır və insanların inamını artırır. Bu cür məlumatların sürətlə yayılması cəmiyyətdə çaşqınlıq, qorxu və güvənsizlik doğurur, bəzən də qütbləşməni gücləndirir. Ona görə də, məlumatın mənbəyini yoxlamaq, sübut tələb etmək, etibarlı mənbələrdən 
oxumaq və emosional reaksiyanı bir qədər gecikdirərək araşdırmaq vacibdir. Media savadlılığı və tənqidi düşüncə vərdişləri insanı dezinformasiyadan qoruyan ən güclü vasitələrdir. 
Nəticə olaraq, adrenokromla bağlı “gizli reallıq” iddiaları mifdir. Cəmiyyətin sağlam informasiya mühitini qorumaq üçün elmi faktlara güvənmək və emosional cazibəsi olan, lakin sübutsuz iddialardan uzaq durmaq lazımdır".

 

Samirə Allahverdizadə

#baki #azərbaycan #yeni #psixoloji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər