00:00:00
Yazar
Admin User
21.11.2025 11:31 136 2 dəq oxuma
Mədəniyyət

ADU-da beynəlxalq elmi konfransın açılış mərasimi

ADU-da beynəlxalq elmi konfransın açılış mərasimi

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində “Süni intellekt və humanitar elmlər: Müasir vəziyyət və perspektivlər” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub.

 

"İnformator.az" xəbər verir ki, mərasimdə bir sıra ölkələrin səfirləri, diplomatlar, alimlər, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb.

 

Qeyd olunub ki, müasir dünyada süni intellektlə bağlı aparılan tədqiqatlar və araşdırmalar həyat fəaliyyətinin demək olar ki, bütün sahələrində özünü göstərməkdədir:

 

“Bu gün universitetimizdə əlamətdar bir gündür. Mən çox şadam ki, konfransımızda Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin səfirləri, diplomatlar iştirak edir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, konfransımızda İsrail, Belarus, Venesuela, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstanın ölkəmizdəki səfirləri iştirak edir və onlara səmimi qəlbdən təşəkkür edirəm, “xoş gəlmisiniz” deyirəm.

 

Konfransımızda İtaliyadan, İspaniyadan, Mərakeşdən, Rumıniyadan, Özbəkistandan, Türkiyədən, Pakistandan, Ukraynadan, Rusiyadan, Belarusdan, Qazaxıstandan olan qonaqlarımız var, onlara da “xoş gəlmisiniz” deyirəm.

 

Eyni zamanda konfransımızda iştirak edən mütəxəssislər arasında əllidən çox ölkənin nümayəndələri konfransımızda iştirakçı kimi qeydiyyatdan keçib və biz onların maraqlı məruzələri ilə tanış olacağıq.

 

Həmçinin Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərb Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dənizçilik Akademiyası, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Lənkəran Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti və digər ali təhsil müəssisələrindən olan mütəxəssislər konfransda iştirak edir və onlara da öz təşəkkürümüzü bildiririk.

 

Konfrans “Dil və süni intellekt”, “Süni intellekt və tərcümə məsələləri”, “Ədəbiyyat süni intellekt dövründə”, “Xarici dillərin tədrisində süni intellektin rolu”, “Fəlsəfə və psixologiyaya dair tədqiqatlarda süni intellekt problem”, “Süni intellekt və media tədqiqatları” mövzusunda altı bölmə üzrə təmsil olunub.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər