00:00:00
Yazar
Səadət Əlizadə
18.05.2026 20:30 16 1 dəq oxuma
Sosial

ADY-də üz tanıma ilə ödəniş sistemi tətbiq olunub

ADY-də üz tanıma ilə ödəniş sistemi tətbiq olunub

Azərbaycan Dəmir Yolları ictimai nəqliyyat sahəsində üz tanıma texnologiyası əsasında ödəniş sisteminin tətbiqinə başlayıb. Yeni sistem sərnişinlərin turniketlərdən daha sürətli və fasiləsiz keçməsinə imkan yaradacaq, bununla da stansiyalarda vaxt itkisi azaldılacaq.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, dəmir yollarında tətbiq edilən üz tanıma sistemi süni intellekt və biometrik identifikasiya texnologiyaları əsasında fəaliyyət göstərir:

 

"Bu sistem sərnişinlərin turniketlərdən daha rahat və sürətli keçidini təmin edir. Üz tanıma texnologiyası məcburi deyil, əlavə rahatlıq məqsədilə istifadəyə verilib. Ondan istifadə etmək istəməyən və ya texniki səbəblərdən istifadə edə bilməyən sərnişinlər üçün bank kartı, QR kod, mobil tətbiq və digər alternativ ödəniş üsulları da mövcuddur.

Təbii ki, məlumatların qorunması məqsədilə məlumatların şifrələnməsi, təhlükəsizlik infrastrukturu və məhdud giriş mexanizmləri tətbiq olunur və bunlar olduqca vacibdir. Eyni zamanda, üz tanıma texnologiyası əsasən sərnişinlərin rahatlığını artırmaq, insan faktorunu azaltmaq və vaxt itkisinin qarşısını almaq məqsədilə həyata keçirilir".

Səadət Əlizadə

#yeni #xəbər #gündəm #olunub #sistemi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər