00:00:00
Yazar
Cavahir Əsgərbəyli
14.05.2026 14:54 11 1 dəq oxuma
Sosial

ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir

ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar 27 mayda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

 

Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.

 

“ADY-nin Qurban bayramı münasibətilə təşkil etdiyi Gəncə-Mingəçevir-Gəncə reysləri ilə bayramı bu iki gözəl şəhərdə keçirmək fürsətini əldən verməyin", - deyə məlumatda deyilir..

 

Sərnişinlər biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərlər.

#təşkil #baki #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər