00:00:00
Yazar
Admin User
18.01.2026 19:43 96 1 dəq oxuma
Maraqlı

Afaq Bəşirqızı uzun müddət sonra səhnədə çıxış edəcək

Afaq Bəşirqızı uzun müddət sonra səhnədə çıxış edəcək

Xalq artisti Afaq Bəşirqızı uzun fasilədən sonra teatr səhnəsinə geri dönəcək.

"İnformator.az" Oxu.az-a istinadən xəbər verir ki, aktrisa Akademik Musiqili Teatrda "Zal qızı Zalxa" tamaşasında rol alacaq.

Səhhətindəki problemlərə görə uzun müddət səhnədən uzaq qalan aktrisa yanvarın 30-da tamaşaçılarla görüşəcək. Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Yeddi məhbusə anası" pyesi əsasında hazırlanıb və bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Xatırladaq ki, Afaq Bəşirqızı bir müddət əvvəl onkoloji xəstəliklə mübarizə apardığını və ayaqlarında ciddi problemlər olduğunu açıqlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər