Afrikadan Avropaya miqrasiya axını artıb
Aralıq dənizində hava şəraitinin yaxşılaşması ilə Afrikadan Avropaya miqrasiya axını artıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə sonundan bu yana İtaliyanın Lampeduza adasına çatan 21 qayıq 1200-ə yaxın qeyri-qanuni miqrantı gətirib.
Bu arada Tunisdən Aralıq dənizinə keçməyə çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 34 nəfər xilas edilib, 1 miqrant boğularaq ölüb, 23 miqrant isə itkin düşüb.
Xilas edilən 34 miqrant və 1 miqrantın cəsədi isə İtaliya Sahil Mühafizəsinin patrul qayıqları ilə Lampeduza adasına gətirilib.
"Associated Press" İtaliyanın sahil mühafizəsi rəsmilərinin bəyanatına istinadən xəbər verir ki, bazar ertəsi gecəsi immiqrantlarla dolu 20 qayıq hələ də dənizdə olub.
İlin əvvəlindən İtaliyaya dəniz yolu ilə gələn immiqrantların sayı 36 mini keçib. Ötən illə müqayisədə bu rəqəm dörd dəfə yüksəkdir.
Fatima
