Ağ Ev Kreml hücumları ilə bağlı iddiaları rədd edir
Ağ Ev Kreml hücumlarının arxasında ABŞ-ın dayandığı iddiasını rədd edib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Ağ Ev pilotsuz uçuş aparatları (PUA) ilə Kremlə edilən hücumların arxasında Vaşinqtonun dayandığına dair iddiaları “gülünc” adlandırıb. ABŞ-ın bu hücumlarda iştirakının olmadığını bildirilib.
Qeyd edək ki, Kreml ötən gün Ukraynanın gecə saatlarında Rusiya prezidenti Vladimir Putinin Kreml Sarayındakı iqamətgahına pilotsuz təyyarələrlə hücum etməyə cəhd etdiyini bildirib.
Aydan
