00:00:00
Yazar
Admin User
20.01.2026 15:56 59 2 dəq oxuma
Dünya

Ağ Evin altındakı sirli layihə

Ağ Evin altındakı sirli layihə

ABŞ prezidenti Donald Tramp Ağ Evin altındakı Prezident Fövqəladə Əməliyyatlar Mərkəzini yenidən tikir. Pearl Harbourdan sonra tikilən və sentyabrın 11-də istifadə edilən gizli bunker yerin dərinliyinə köçürülür və nüvə, rəqəmsal və elektron hücumlar da daxil olmaqla müasir təhlükələrə tab gətirmək üçün gücləndirilir. Layihənin təfərrüatları dövlət sirri kimi saxlanılır.

 

1941-ci ildə Pearl Harbor hücumundan sonra o vaxtkı prezident Franklin D. Ruzveltin  gizli şəkildə tikdiyi bu bunker müasir apokaliptik ssenarilərə tab gətirmək üçün yenidən dizayn edilir. Ekspertlərin fikrincə, yeni mərkəz təkcə kinetik hücumlar üçün deyil, həm də Ağ Evi hədəf alan elektromaqnit impulsları kimi qabaqcıl təhlükələr üçün hazırlanacaq. Qeyd olunur ki, təhdidlərin dairəsi ildən-ilə genişlənir.

 

Bu struktur klassik 24 saatlıq Situasiya Otağından fərqli olaraq, yalnız fəlakətli təhlükələr zamanı işə düşən komanda mərkəzi kimi fəaliyyət göstərir. 11 Sentyabr hücumları zamanı prezident Corc Buş və vitse-prezident Dik Çeyninin sığındıqları mərkəz, özünü təmin edən sualtı qayıq kimi dizayn edilib. İndi bu keçmiş obyekt Trump-ın Ağ Evdəki nəhəng yeni bal zalı layihəsinin bir hissəsi olaraq daha dərin yeraltı və daha təhlükəsiz yerə köçürülür. Layihənin təfərrüatları dövlət sirri kimi saxlanılır. Ekspertlər bildirirlər ki, yeni bunker təkcə nüvə partlayışlarından və ya təyyarə qəzalarından deyil, həm də rəqəmsal və elektron müharibənin dağıdıcı təsirlərindən qorunmaq üçün təchiz ediləcək. Bu çərçivədə mərkəzin müasir müharibənin yeni təhdidlərinə qarşı qabaqcıl müdafiə sistemləri ilə gücləndiriləcəyi bildirilir.

 

Aydan Əsgərxanlı

CNN Türk

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər