00:00:00
Yazar
Zəhra Həsənova
17.04.2026 18:29 111 1 dəq oxuma
İqtisadiyyat

"Ağbənd körpüsü daha qısa yol, daha az xərc deməkdir" - Xalid Kərimli

"Ağbənd körpüsü daha qısa yol, daha az xərc deməkdir" - Xalid Kərimli

Azərbaycana səfəri çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Xalid Kərimli qeyd edib ki, Ağbənd körpüsü Zəngilanın Ağbənd qəsəbəsindən Araz çayının  üzərindən keçməklə İranı birləşdirən körpüdür:

 

"Azərbaycanın İranla quru sərhədində Astara və Biləsuvarda Gömrük Postları var. Ağbənd körpüsünün əhəmiyyəti Gömrük Postu qoyulduqdan sonra  artacaq. Azərbaycandan İrana, Naxçıvana, Türkiyəyə getmək üçün yol qısalacaq. Yolun əhəmiyyətli azalması prosesi var ki, Azərbaycandan Naxçıvana, Türkiyəyə quru yükdaşıması üçün yolun kilometri aşağı düşəcək. Bu da ucuzlaşma deməkdir. Daha az məsafə, daha az yanacaqdır. Bu yol yükdaşımaların qiymətinin bir qədər ucuzlaşmasına imkan verəcək, lakin Zəngəzur dəhlizini əvəz edə bilməyəcək, çünki Zəngəzur dəhlizi həm də dəmiryolu xəttidir. Beləliklə, Azərbaycandan Türkiyəyə, Naxçıvana yükdaşımaları daha əlverişli olacaq".

 

Zəhra Həsənova

#İqtisadiyyat #Ağbənd körpüsü #Rusiya #Aleksey Overçuk
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər