00:00:00
Yazar
Admin User
15.11.2025 19:01 191 1 dəq oxuma
Mədəniyyət

Ağdam Dövlət Dram Teatrında “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində ustad dərslərinə start verilib

Ağdam Dövlət Dram Teatrında “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində ustad dərslərinə start verilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlandırılması və teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan “Öyrədərək Öyrənirəm” proqramı çərçivəsində rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında ustad dərslərinə başlayıb.

 

Bir ay davam edəcək ustad dərsləri müddətində “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S. Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimlər keçiriləcək. Ustad dərsləri çərçivəsində həm nəzəri, həm də praktik biliklərin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektiv M. F. Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" pyesi əsasında hazırlanan “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasını səhnəyə gətirəcək.

 

Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.

 

Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə və Behbud Əsgərov çıxış edəcəklər.

 

Yeni yaradıcılıq işinin premyerası dekabr ayında ictimaiyyətə təqdim olunacaq.

 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər