00:00:00
Yazar
Admin User
25.11.2025 18:01 117 2 dəq oxuma
İqtisadiyyat

Ağdama ölkənin ən böyük avtomobil bazarı köçürüləcək

Ağdama ölkənin ən böyük avtomobil bazarı köçürüləcək

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq davam edir və bölgələrin yeni iqtisadi mərkəzlərə çevrilməsi hədəflənir. Hökumət ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsini planlaşdırır. Bu addım şəhərin ticarət və logistika mərkəzi kimi formalaşmasına, iqtisadi axına və məşğulluğa müsbət təsir göstərəcək.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a açıqlamasında bildirin ki, bu məsələ bölgə üçün olduqca müsbət bir hadisədir:

 

“Bu təşəbbüs öz-özlüyündə yüzlərlə yeni iş yerinin yaradılması, minlərlə insanın dolanışıq imkanlarının genişlənməsi deməkdir. Hərçənd ki, burada yalnız yeni avtomobillərin satılması real görünmür – çünki Azərbaycanda yeni istehsal olunan avtomobillərin sayı məhduddur və adətən sifariş əsasında satılır. Buna baxmayaraq, ölkədə yığılan avtomobillərin bu bazarda nümayəndəliyinin və satış mərkəzlərinin yaradılması da əlavə məşğulluq imkanı deməkdir.

Qarabağ və Şərqi Zəngəzur zonalarında yaşayan vətəndaşlar artıq avtomobil almaq üçün Bakıya gəlmək məcburiyyətində qalmayacaqlar – bu ehtiyaclarını birbaşa yerindəcə, Ağdamda qarşılayacaqlar. Bazar eyni zamanda ikinci əl avtomobil ticarəti üçün də əlverişli məkan olacaq. Mövcud bölgə bazarları, məsələn, Bərdədəki avtomobil bazarı, Ağdama köçürülə və burada mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərə bilər.

Avtomobil bazarı yalnız nəqliyyat vasitələrinin satışı ilə məhdudlaşmır. Burada aksesuar satışından tutmuş servis xidmətlərinə, təkər satışına qədər müxtəlif sahələr üzrə əlavə iş yerləri yaradılacaq. Həftə sonları yüzlərlə avtomobil satıcısı ilə yanaşı, bu bazarda fəaliyyət göstərən digər xidmət sahələri də iqtisadi fəallığı artıracaq.

Mən bu təşəbbüsü çox yüksək qiymətləndirirəm. Ağdamın tarixi boyunca avtomobil bazarında mühüm rolu olub və bu yeni addım onun nəqliyyat-logistika şəbəkəsinə inteqrasiyasını daha da gücləndirəcək. Ən vacibi isə – yeni iş yerlərinin açılması bölgə üçün olduqca müsbət bir hadisədir”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər