Ağdərədə 46 yaşlı kişi minaya düşüb
Ağdərədə minaya düşən 46 yaşlı kişi Bərdəyə göndərilib.
"İnformator.az"ın "Teleqraf"a istinadən xəbərinə görə, yaralı Q.Quliyevə Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib qanaxma prosesi dayandırılıb. Daha sonra sol ayağın topuq nahiyəsindən ambutasiya olunması üçün Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Hazırda yaralı Q.Quliyev əməliyyat masasına götürülüb.
Faktla bağlı araşdırma davam etdirilir.