00:00:00
Yazar
Admin User
25.04.2023 16:13 314 1 dəq oxuma
Dünya

Ağır iş şəraitinin psixoloji sağlamlığa zərəri tədqiqatla sübut olundu

Ağır iş şəraitinin psixoloji sağlamlığa zərəri tədqiqatla sübut olundu

ABŞ-da aparılan araşdırmada “ağır iş şəraitinin” 18-64 yaş arası işçilərin psixoloji sağlamlığına mənfi təsir göstərdiyi müəyyən edilib.

 

CNN-in hesabatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri 2021-ci ildə iş şəraitinin işçilərin psixologiyasına təsirinə əsasən hesabat hazırlayıb.


Hesabatda gün ərzində işləyənlərin 2,3 faizində psixoloji narahatlıq yarandığı halda, bu nisbət gecə işləyənlər üçün 4,8 faiz, iş qrafiki dəyişənlər üçün isə 3,9 faiz olaraq təyin olunub.

 

İş qrafikini dəyişməkdə çətinlik çəkən insanlarda stress inkişaf nisbəti 4,2 faiz olaraq önə çıxarkən, daha çevik iş şəraitində çalışanlarda bu nisbət  2,2 faiz olub.

 

Tədqiqatçılardan biri psixoloq Dennis Stolle bildirib: "İnsanlar nə olacağını bilmədikdə və hadisələrə nəzarət edə bilmədikdə, bu, narahatlıq və stress səviyyələrinin artmasına səbəb olur".

 

Stolle əlavə edib ki, iş qrafikləri proqnozlaşdırılmalıdır. Çünki belə olan halda insanlar həyatlarının onların nəzarətindən çıxdığını hiss etmirlər.

 

Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər