00:00:00
Yazar
Admin User
21.06.2025 19:27 119 1 dəq oxuma
Dünya

Aİ İsrailin beynəlxalq hüquqa əməl etmədiyinə inanmağa başlayıb

Aİ İsrailin beynəlxalq hüquqa əməl etmədiyinə inanmağa başlayıb

Avropa İttifaqının (Aİ) sabiq Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Aİ artıq Qəzzada hücumlarını davam etdirən İsrailin beynəlxalq humanitar hüquqa əməl etmədiyinə inanmağa başlayıb.

 

Borrell sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib:

“Avropa İttifaqı diqqətli qiymətləndirmədən və Qəzzada ölüm hallarının misli görünməyən səviyyəyə çatdığını müşahidə etdikdən sonra İsrailin beynəlxalq humanitar hüquqa əməl etmədiyinə dair əlamətlərin ola biləcəyini düşünməyə başlayıb”.

 

Həftə ərzində Madriddə keçirilən bir konfransda İsrailin Qəzzada “qətliam” törətdiyini vurğulayan Borrell, Aİ-ni indiyədək İsrailə qarşı passiv qalmaqda ittiham edib.

 

Sabiq Ali Nümayəndə bildirib ki, əgər Aİ qlobal bir aktora çevrilmək istəyirsə, İsrailə qarşı səslənməlidir:

 

“Beynəlxalq hüquq çərçivəsində İsraili dəstəklədiyimizi deyirik, lakin heç vaxt özümüzə sual vermirik ki, görəsən İsrail beynəlxalq hüquqa hörmət edir, ya yox.

Bu, şizofrenik bir prosesdir. Avropa bir-birini təkzib edən mövqelər sərgiləyir”.

 

TRT XƏBƏR 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər