00:00:00
Yazar
Admin User
02.09.2025 19:24 152 1 dəq oxuma
İqtisadiyyat

Aİ ölkələrində hərbi xərclər artıb

Aİ ölkələrində hərbi xərclər artıb

2024-cü ildə bütün Avropa İttifaqı ölkələrində hərbi xərclər 19% artıb və bu xərclər ümumilikdə 343 mlrd avro təşkil edib.


Mövzu ilə əlaqədar iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa Birliyinə daxil olan dövlətlərin hərbi xərclərinin artmasının səbəbini bir sözlə ifadə etsək, bu söz "Tramp" sözü ola bilər:


"Avropa Birliyinə daxil olan dövlətlərin hərbi xərclərinin artmasının səbəbini bir sözlə ifadə etsək, bu söz "Tramp" sözü ola bilər. Yəni Amerika Birləşmiş Ştatları administrasiyası, Tramp administrasiyası onlar qarşısında tələb qoyub. Onların əksəriyyəti NATO ölkələridir, demək olar ki, hamısı NATO ölkələridir. NATO ölkələri də, xərclərini ümumdaxili məhsulun 2%-dən yuxarı, 5%-ə qədər artırmalıdırlar. Beləcə deyə bilərik ki, hərbi xərclərin artmasının səbəbi budur".


Ekspertin sözlərinə görə, bu təbii ki Avropa Birliyinin iqtisadiyyatına mənfi təsir göstərəcək və bir çox ölkələrdə sosial xərcləmələr azalacaq:


"Almaniya Federativ Respublikasının yeni kansleri - F.Mertzi elan edib ki, artıq Almaniyada sosial müavinətlər ya kəsiləcək, ya da xeyli dərəcədə azalacaq. Yəni bu onu göstərir ki, hərbi xərclər artıqca Avropada sosial yönümlü xərclər azalacaq".


Aydan Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər