00:00:00
Yazar
Səmayə Səftərova
06.10.2026 21:31 29 1 dəq oxuma
Dünya

Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır

Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır

Avropa İttifaqına üzv ölkələrin səfirləri oktyabrın 7-də Rusiyaya qarşı 22-ci sanksiyalar paketini müzakirə edəcəklər.

 

“İnformator.az” xəbər verir ki,  bu barədə “Reuters“ Avropalı diplomatlara istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, yeni paketə 1570 hüquqi və fiziki şəxsin Aİ-nin sanksiya siyahısına salınması daxildir. Bununla da Rusiyaya qarşı sanksiyalar siyahısının həcmi təxminən 50 faiz artacaq. Lakin yeni paketdə digər mühüm iqtisadi tədbirlərin yer almayacağı bildirilir. Qeyd edək ki, Aİ-nin sanksiya siyahısına salınan şəxslərin İttifaq ərazisinə girişinə qadağa qoyulur və onların Aİ ərazisindəki aktivləri dondurulur.

#Avropa İttifaqı #Rusiya #sanksiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər