Tramp reklam xərclərini dövlət vəsaiti hesabına ödəməkdən imtina edib
ABŞ Prezidenti Donald Tramp ikitərəfli tənqidlərdən sonra siyasi reklamların vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilməsindən imtina edəcəyini açıqlayıb.
Tramp bildirib ki, bundan sonra reklam xərcləri özü və MAGA Inc. vasitəsilə toplanan vəsait hesabına ödəniləcək.
Prezidentin siyasətini tərifləyən reklamlar dövlət vəsaitinin siyasi məqsədlər üçün istifadəsinin qanuniliyi ilə bağlı mübahisələrə səbəb olub. Ağ Ev reklamları ictimaiyyəti məlumatlandırmağa yönələn elanlar kimi təqdim etsə də, hüquq ekspertləri onların məqsədini sual altına alıblar.
Respublikaçı senatorlar da daxil olmaqla bir sıra siyasətçilər reklamların vergi ödəyicilərinin pulu hesabına maliyyələşdirilməsinə qarşı çıxıblar. Mübahisə ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkilər ərəfəsində gündəmə gəlib.
BBC News
Fatimə İbrahimli