Fransada Fələstini dəstəkləyən etiraz aksiyası dayandırılıb
Fransada sabah keçirilməsi planlaşdırılan Fələstin tərəfdarı nümayişə ictimai asayiş üçün təhlükə yarada biləcəyi səbəbindən icazə verilməyib.
Paris Polis Prefekturası, Urgence Fələstin Assosiasiyası sabah keçirilməsi planlaşdırılan "Qəzzadakı soyqırıma qarşı durmaq və atəşkəsə hörmət etmək" adlı nümayişlə bağlı açıqlama yayıb.
Nümayişin Daxili İşlər Naziri Loran Nunezin əmri ilə qadağan edildiyini bildirən bəyanatda deyilir ki, "terrorizm təhlükəsinin artdığı və Fransada antisemitizm hərəkətlərinin görünməmiş səviyyəyə çatdığı bir vaxtda belə bir nümayiş ictimai asayiş üçün ciddi risklər yaranıb".
İsrailin Qəzzada soyqırımı üçüncü ilinə qədəm qoyarkən, ictimai asayiş səbəbindən Fələstin tərəfdarı nümayişin qadağan edilməsi bəzi siyasətçilər və insan haqları təşkilatları tərəfindən tənqidlə qarşılanıb.
Qəzzada Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, atəşkəs 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minəndən bəri İsrail hücumlarında 1462 nəfər həyatını itirib, 5151 nəfər yaralanıb və dağıntılar altından 836 nəfərin cəsədi çıxarılıb.
İsrail 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına edilən hücumlarda ölənlərin ümumi sayının 74.245-ə çatdığı, 175.267 nəfərin yaralandığı, minlərlə cəsədin isə hələ də dağıntılar altında olduğu bildirilib.
TRT Haber
Aysu Abbasova