00:00:00
Yazar
Admin User
20.04.2023 13:14 308 1 dəq oxuma
Dünya

Aİ Ukraynadan taxıl idxalını bərpa etməyə çalışır

Aİ Ukraynadan taxıl idxalını bərpa etməyə çalışır

Aİ Ukraynadan taxıl idxalını bərpa etməyə çalışır.


İNFORMATOR.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukraynadan taxıl idxalını qadağan edən üzvlərinin narahatlıqlarını aradan qaldırmaq üçün fermerlərə əlavə dəstək və bəzi Ukrayna məhsullarına məhdudiyyətlər tətbiq edən plan hazırlayıb.

Hazırlanan paketin Komissiyanın təklif etdiyi paketin üzv dövlətlər tətbiq etdiyi birtərəfli tədbirləri aradan qaldırarsa qüvvəyə minəcəyi bildirilib.

Paket çərçivəsində Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyadakı fermerlərə əlavə 100 milyon avro veriləcək.

Əgər onun taxılının tranzitinə icazə verilsə, bu ölkələr bir müddət Ukrayna məhsullarının bir hissəsinin öz bazarlarına çıxmasının qarşısını ala biləcəklər.

Qeyd edək ki, xüsusilə region ölkələrində yerli istehsalçılar bu vəziyyətdən şikayətlənirdilər.

Region ölkələrinin fermerləri uzun müddətdir ki, Ukraynadan ucuz kənd təsərrüfatı məhsulları idxalını dayandırmaq istəyirlər. Xüsusilə Polşada fermerlər tez-tez bu məsələ ilə bağlı etiraz aksiyaları təşkil edirdilər.

Polşa, Macarıstan, Bolqarıstan və Slovakiya Ukraynadan taxıl və ərzaq məhsullarına müvəqqəti qadağa qoymağa qərar verib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər