00:00:00
Yazar
Admin User
05.12.2025 16:01 78 2 dəq oxuma
Sosial

AİB-in dəstəyi ilə layihəyə start verilib

AİB-in dəstəyi ilə layihəyə start verilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (AİB) arasında tərəfdaşlıq çərçivəsində dekarbonizasiya üzrə layihə təqdim olununb.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, AİB-nin dəstəyi ilə həyata keçiriləcək layihə Azərbaycanın milli iqlim öhdəliklərini dəstəkləmək və dayanıqlı dəmir yolu sisteminə sürətlə transformasiyanı təşviq etmək məqsədi daşıyır. Bu istiqamətdə texniki, maliyyə, iqtisadi, ekoloji və sosial aspektlər ətraflı təhlil ediləcək. Yeni təşəbbüs ölkənin aşağıkarbonlu, müasir və rəqabətqabiliyyətli dəmir yolu sisteminə keçidini sürətləndirəcək.

 

ADY hazırda Qafqaz və Mərkəzi Asiyada AİB ilə hərtərəfli dekarbonizasiya proqramı həyata keçirən ilk dövlət dəmir yolu şirkətidir.

 

Tərəflər artıq “ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivə Sənədi”ni hazırlayıblar. Bu gün start verilən layihə həmin strateji çərçivənin praktiki tətbiqi ilə yanaşı, dəmir yolu infrastrukturunda bərpaolunan enerji üzrə tam strukturlaşdırılmış investisiya proqramının hazırlanmasını təmin edəcək.

 

Asiya İnkişaf Bankı Azərbaycan Dəmir Yollarına tullantıların monitorinqi və hesabatlılığı sahəsində potensialın gücləndirməsi və qurumun dekarbonizasiya prosesini sürətləndirmək üçün mövcud olan texnologiyalar üzrə imkanların müəyyən edilməsi istiqamətində, həmçinin bərpa olunan enerji mənbələrinin araşdırılımasında texniki dəstək göstərəcək. Bank həmçinin ESG prinsipləri, dayanıqlılıq təcrübələri və uyğunluq tələbləri üzrə seminar və təlim proqramlarının hazırlanmasında, eyni zamanda, regional tvinninq proqramlarının həyata keçirilməsində yaxından iştirak edəcək. ESG prinsiplərinin tətbiqi çərçivəsində ADY-nin təşəbbüslərində gender bərabərliyinin təşviqi, inklüziv iş mühitinin formalaşdırılması, qərarların qəbul edilməsində və idarəetmədə qadınların təmsilçiliyinin artırılması da nəzərdə tutulub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər