00:00:00
Yazar
Admin User
02.12.2025 19:06 118 3 dəq oxuma
Sosial

Ailənin uşaqların təhsilinə təsiri

Ailənin uşaqların təhsilinə təsiri

Ailə uşağın ilk təhsil mühitidir. Uşağın davranışı, öyrənmə motivasiyası, dərsə marağı və gələcək uğurları çox vaxt evdə aldığı dəstək və münasibətlə formalaşır. Valideynlərin diqqəti, düzgün yönləndirməsi və yaratdığı mühit məktəb təhsilinə birbaşa təsir göstərir. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, elm, dərs, öyrənəcəyimiz hər hansı bir sahə yəni təməlimiz evdən başlayır:

 

"Biz övlad olaraq təməlimizi evdən götürürük. Evdə yaradılan mühit, dava-dalaşsız keçirilən ana-ata münasibətləri, evdə qurulan şərait, müəyyən qaydaların qoyulması, uşaqlara qarşı münasibət bütün bunlar valideynlərin öhdəsinə düşür. Əvvəlcə biz valideyn olaraq övladımızdan yüksək nəticə gözləməməliyik. Bizim bir vaxtlar uşaq olduğumuzu unutmamalıyıq. İnsan uğura kiçik addımlarla çatır, səhvlərlə öyrənir və biz onların uşaq olduğunu daim xatırlamalıyıq. Bundan əlavə, evdə sakit bir rejim hökm sürməlidir. Əgər uşaq dava-dalaşlı,mücadiləli, gərgin bir mühitdə böyüyürsə, bu, onun dərsə diqqətini yayındırır, gərgin və qapanmış olur, evdə baş verənlərdən inciməyə başlayır. Ona görə evdə baş verən hər bir hadisə mütləq dərəcədə ona təsir göstərir. Bundan əlavə olaraq valideyn arası münasibətlər, valideynin övlada olan münasibəti yəni valideyn əgər övladına soyuq münasibət göstərirsə, onunla qəddar, sərt, sevgisiz və diqqətsiz davranırsa, onun qazandığı uğurları heç olaraq görürsə, dəyərləndirmirsə sözsüz ki, övlad olaraq-uşaqlarımız evdə baş verən mühitin qarşılığında dərsədə həmin münasibətləri göstərməyə başlayırlar. Bəzi ailələr var ki, biz keçmiş dövrlərdəndə görmüşük ki, ana-ata işləyərsə, övladla maraqlana bilməzdi amma övlad dərsə çox gözəl şəkildə yanaşardı. Ancaq unutmayaq ki, hazırda yaşadığımız dövrdə sosial şəbəkə, internet dövrü olduğuna görə övladlarımızın başını çox təəssüf ki, televizor və sosial şəbəkələr qata bilir. Limitli vaxt ayırmaq-bir neçə saat televizordursa, bir neçə saat özü ilə qalmaq, bir saat musiqi dinləmək, bir neçə saat dərsə yönlənmək. Mütləq dərəcədə hər bir şeyə vaxt ayırmalıdır".

 

Həmçinin müsahib bildirib ki, kiçik uğurlar dəyərləndirilməlidir:

 

"Övladımızın qazandığı kiçin bir uğuru belə "Nə var ki?" "Nədir ki, bu?" deyib üstündən keçməməliyik. Onu dəyərləndirməliyik, onun həqiqətəndə nəyə qadir olduğunu özünə göstərməliyik və o qazadığı uğuru dəyərləndirdiyimiz zaman uğurların davamı gəlməyə başlayır. Sonra övladımızın güclü tərəflərini ona göstərməliyik-"Sən bunu bacarmısan zamanında, indidə bacararsan", "Sən edə bilərsən", "Bu səndə alına bilər", "Mən sənin yanındayam","Biz səni çox sevən ana-atan olaraq burdayıq", "Səhvindədə, düzündədə yanındayıq" biz mütləq dərəcədə övladımıza bunu yansıtmalıyıq. Valideyn olaraq mütləq dərəcədə müəllimlə ünsiyyətdə olmalıyıq, xəbər tutmalıyıq, vəziyyətin necə olduğunu bilməliyik. Necə yönəlməliyik ki, dərsdə zəiflik varsa, bərabər şəkildə müəllimə ilə bu birliyi yerinə yetirməliyik. Ən əsasda biz valideyn olaraq unutmamalıyıq ki, bizim dövrümüz deyil artıq. Biz övladlarımızın dövründəyik. İstər-istəməz onların dövründə uyğunlaşmalıyıq".

 

Həmçinim mövzu ilə bağlı müəllim Orxan Əlibəyov bildirib ki, təcrübəmə əsaslanaraq deyə bilərəm ki, evdə düzgün öyrənmə mühitinin olmaması uşaqların məktəbdəki akademik uğuruna birbaşa mane törədir:

 

"Mən bu cür halları tez-tez müşahidə edirəm.Evdə mütaliə vərdişləri və ya müstəqil işləmə bacarığı formalaşmayan şagirdlər, sinifdə yeni bilikləri mənimsəməkdə çətinlik çəkirlər. Mən görürəm ki, onlar oxuyub-anlama, tənqidi düşüncə və sadə tapşırıqları təlimatsız yerinə yetirmək kimi ilkin bacarıqlarda geri qalırlar.Evdə oxumağa ayrılmış sabit bir vaxt və məkan olmadıqda, uşaq məktəbdə də diqqəti cəmləməkdə ciddi problemlər yaşayır. Mən belə şagirdlərin dərs zamanı tez yorulduğunu, motivasiyasının aşağı olduğunu və təlimatları izləməkdə çətinlik çəkdiyini müşahidə edirəm.Öyrənmə mühitinin dəstəklənmədiyi evdə böyüyən şagirdlər təhsilə qarşı məsuliyyət hissini inkişaf etdirə bilmirlər. Mən tez-tez onların ev tapşırıqlarını vaxtında təhvil verməməsi və ya dərs ləvazimatlarını gətirməməsi ilə qarşılaşıram bu da onların ümumi akademik nəticəsinə mənfi təsir edir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər