AK partiya təmsilçisi Ərdoğanı nifrət hədəfi alanları qınadı
AK Partiya təmsilçisi Çelik: "Biz prezidentimizi nifrət ifadəsi ilə hədəfə alanları qınayırıq".
AK Partiya sədr müavini və partiya təmsilçisi Ömər Çelik prezident Rəcəb Tayyib Ərdoğanı nifrət dili ilə hədəfə alanları qınadıqlarını ifadə edərək, “Demokratiyadan payını almamış bu siyasətçilər şəhid baş nazirimiz Menderesin qatillərinin dilində danışır" deyib.
Demokratik qazancların gələcək nəsillərə qalacaq ən böyük miras olduğunu qeyd edən Çelik, “Qaranlıq dairələrlə əməkdaşlıq edərək demokratiyamızı sarsıtmağa, qanunun aliliyinə xələl gətirməyə çalışan, seçilmiş hakimiyyət orqanlarını himayə altına almağa çalışan bu zehniyyətə qarşı demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik" ifadəsini işlədib.
Aydan
