AK Rusiyadan neft idxalına qadağa planlaşdırır
Avropa Komissiyası 2026-cı ilin əvvəlində Avropa İttifaqı ölkələrinin Rusiya neftini almasını qadağan edən qanun layihəsi irəli sürməyi planlaşdırır.
D.Yorgensen əlavə edib ki, dekabrın 15-də Aİ ölkələrinin energetika nazirlərinin görüşündə Rusiya qazının tədarükündən imtina məsələsi də müzakirə olunacaq.
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan dörd ölkə ilə razılaşma əldə edib:
"Avropa ölkələri, ümumiyyətlə, 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Rusiyadan enerji asılılığından qurtarmaq məqsədilə bu ölkədən enerji daşıyıcılarının alınmasını kəskin şəkildə azaldıb. Avropa Komissiyasının 2026-cı ildən etibarən Rusiya neftinin alınmasını qadağan etmək barədə qanun qəbul etməsi, yəni Avropanın Rusiyadan enerji daşıyıcılarının idxalını tamamilə dayandırmaq niyyəti, bu prosesin inzibati qaydada həyata keçirilmək istəndiyini göstərir. Bu isə alternativ enerji mənbələrinin müəyyən olunması məsələsini əsas hədəf kimi ön plana çıxarır. Hazırda Azərbaycan dörd ölkə ilə razılaşma əldə edib və bu, təkcə bizim ölkəmiz üçün keçərlidir. Baxmayaraq ki, Azərbaycan böyük enerji daşıyıcıları potensialına malikdir, Avropanın mövcud tələbatını tam şəkildə ödəmək imkanından hələ uzağıq. Lakin Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə Rusiya neftinin alınmasının tamamilə inzibati qaydada qadağan edilməsi Azərbaycanın enerji və qaz tələbatını bir qədər də artıracaq. Nəticədə bu, qiymətlərin formalaşmasına da müəyyən təsir göstərəcək və ölkəmiz üçün yeni iqtisadi şərait yaradacaq. Bu qərarlar, əlbəttə ki, alternativ enerji mənbələrinin kifayət qədər təmin olunmaması halında, qiymətlərin artmasına gətirib çıxara bilər".
Xədicə Məhərrəmli
