Albaniyanın Aİ-yə üzvlüyü məsələsi müzakirə edilib
Avropa İttifaqına (Aİ) üzvlük prosesi nə fasilə tanıyır, nə də istirahəti qəbul edir.
"İnformator.az" xəbər verir ki, bunu Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxha Yunanıstanda keçirilən Delfi İqtisadi Forumu çərçivəsində Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosla görüşünə dair "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, nəticəviliyin təmin olunması həm Albaniyadan, həm də avropalı tərəfdaşlardan fasiləsiz iş və davamlı enerji tələb edir.
"Müzakirə, paylaşım və koordinasiya üçün çoxlu məsələlər var – hamısı böyük prosesimizin davamlı şəkildə irəliləməsinə xidmət edir", - XİN rəhbəri bildirib.