Albert Eynşteyn: Zəkanın sərhədlərini aşan alim
Albert Eynşteyn dünya tarixinin ən tanınmış alimlərindən biridir. O, fizika elminə böyük yeniliklər gətirib və bu gün də onun nəzəriyyələri elm üçün mühüm əhəmiyyət daşıyır.
Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniyanın Ulm şəhərində anadan olub. Uşaqlıqdan riyaziyyat və fizika fənlərinə böyük maraq göstərib. Fərqli düşüncə tərzi sayəsində sonradan dünyanın ən məşhur alimlərindən birinə çevrilib.
1905-ci ildə Eynşteyn bir neçə mühüm elmi araşdırmasını təqdim edib. Onlardan ən məşhuru xüsusi nisbilik nəzəriyyəsi idi. Onun irəli sürdüyü E=mc² düsturu isə kütlə ilə enerjinin bir-birinə çevrilə bildiyini göstərdi və elm tarixində böyük yenilik hesab olunub.
1921-ci ildə Albert Eynşteyn fotoelektrik effektini izah etdiyinə görə Fizika üzrə Nobel mükafatına layiq görülüb. Onun elmi işləri bu gün də kosmosun, kainatın və fizika elminin inkişafında mühüm rol oynayır.
Eynşteyn təkcə alim kimi deyil, həm də sülh tərəfdarı kimi tanınıb. O hesab edib ki, elm insanların həyatını yaxşılaşdırmaq üçün istifadə olunmalıdır.
Albert Eynşteyn 1955-ci il aprelin 18-də vəfat edib. Buna baxmayaraq, onun elmi irsi bu gün də yaşayır və dünyanın müxtəlif ölkələrində öyrənilir. Eynşteyn öz kəşfləri ilə elm tarixində silinməz iz qoyan dahilərdən biri kimi yadda qalıb.
Nuray Əliyeva