Alimlər buzun yeni növünü əldə edib
Fransa Alternativ Enerjilər və Atom Enerjisi Komissiyasından olan fizik Aleksis Forestyenin rəhbərlik etdiyi tədqiqatçılar laboratoriya şəraitində, həddindən artıq yüksək təzyiq və temperatur altında suyun yeni kristal strukturunu müşahidə ediblər.
Adi şəraitdə qaz fazasına keçməsi və ya tərkib hissəsi olan atomlara parçalanması gözlənilən su, yüksək təzyiq altında genişlənə bilmədiyi üçün qeyri-adi bir vəziyyət alır. Alimlər hüceyrələr və lazerlə qızdırma üsullarından istifadə edərək, su nümunələrini 2,3 milyon atmosfer təzyiqə və 2630 Kelvin temperatura məruz qoyublar.
Selcan Xudiyeva