00:00:00
Yazar
Ayan Sədi
27.04.2026 23:49 15 1 dəq oxuma
İqtisadiyyat

Almaniyada Azərbaycanın turizm potensialı: Avropadan turist axını artıa bilər

Almaniyada Azərbaycanın turizm potensialı: Avropadan turist axını artıa bilər

Azərbaycanın turizm potensialı Almaniyanın bir neçə şəhərində keçirilən silsilə tədbirlər çərçivəsində təqdim olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycanın turizm imkanları müxtəlif hədəf bazarlarında, xüsusilə Avropa ölkələrində davamlı şəkildə təbliğ olunur.

 

Ekspertin sözlərinə görə, "Almaniya dünyada xaricə ən çox turist göndərən və turizmə ən çox xərc ayıran ölkələrdən biridir" . Bu baxımdan Almaniyanın hədəf bazar kimi seçilməsi təsadüfi deyil.

 

Ceyhun Aşurov qeyd edib ki, uzunmüddətli perspektivdə Almaniyadan Azərbaycana gələn turistlərin sayında artım müşahidə oluna bilər. Bunun üçün isə Azərbaycan Avropa bazarı üçün daha əlçatan olmalıdır. 

 

Həmçinin vurğulayıb ki, "vizaların sadələşdirilməsi və ya ləğvi, birbaşa uçuşların artırılması və aviabiletlərin daha münasib olması əsas şərtlərdəndir" .

 

Ekspert əlavə edib ki, regional müharibələr və enerji daşıyıcılarının bahalaşması uçuş qiymətlərinə birbaşa təsir göstərir və bu da bəzi reyslərin ləğvinə səbəb olur.

 

Turizm eksperti bildirib ki, Azərbaycanda hotellərin və qidalanmanın qiymətləri region ölkələri ilə müqayisədə daha sərfəlidir. Lakin turistlərin seçimində əsas rol oynayan amil uçuş qiymətləri olduğundan bu sahədə rəqabət üstünlüyü yaratmaq vacibdir:

 

"Əgər uçuş qiymətlərində rəqabətli şərtlər təmin olunarsa, Avropadan Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilə bilər".

 

Aişə Mustafayeva

#yeni #artıa #turist #potensialı:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər