Almaniyada İran müharibəsinə reaksiya
Almaniya İranla müharibənin yaratdığı enerji böhranını həll etmək üçün hərəkətə keçib. Almaniya kansleri Fridrix Merz, "Yanacaq qiymətlərinin artması fonunda vətəndaşlarımıza dəstək vermək qərarına gəldik. Enerji vergisini, yəni dizel və benzin üçün sürtkü yağı vergisini iki ay ərzində litr üçün təxminən 0,17 avro azaldacağıq",- deyib. Merz həmçinin qeyd edib ki, "Alman işçilərinə işəgötürənlərindən 1000 avro dəyərində "dəstək bonusu" almaq imkanı təklif etməyə razılaşdıq. Bu bonus sosial sığorta haqlarından və vergilərdən azad olacaq”.
CNN Türk
Aydan Əsgərxanlı