Almaniyada islam əleyhinə nümayişlər
Almaniyanın Berlin və Münhen şəhərlərində müsəlmanlar əleyhinə nümayişlər keçirilib.
Sağyönümlü “Bargida” hərəkatının çağırışı ilə Berlində keçirilən aksiyaya 400 nəfər qoşulub. Aleksandr meydanına toplaşan etirazçılar irqçi və ksenofob şüarlar səsləndiriblər. Eyni zamanda “Bargida“ hərəkatının əleyhdarları da nümayiş keçiriblər. Tərəflər arasında toqquşmanın qarşısını almaq üçün əraziyə 900 polis əməkdaşı cəlb edilib. Berlinin Marzahn məhəlləsində də miqrantlara sığınacaq verilməsi əleyhinə nümayiş keçirilib. Aksiyada 300 nəfər iştirak edib. Qeyd edək ki, Marzahnda noyabrdan başlayaraq hər həftə miqranlar əleyhinə aksiya keçirilir.
