00:00:00
Yazar
Admin User
08.01.2026 14:24 101 1 dəq oxuma
Maraqlı

Almaniyadan Ərdəbilin 300 illik xəritəsi gətirilib

Almaniyadan Ərdəbilin 300 illik xəritəsi gətirilib

Ərdəbil şəhərinin 300 il əvvələ aid olan xəritəsi Almaniyadan alınaraq Ərdəbil əyalətinin Mədəni İrs Təşkilatına bağışlanılıb.

"İnformator.az" xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, bu, 40 ildir Almaniyada yaşayan azərbaycanlı həkim və cərrah Məhəmməd Şəriətin əməyi nəticəsində baş tutub.

"Ərdəbilin 300 il əvvəlki vəziyyətini əks etdirən xəritə və şəkilləri  o dövr avropalı səyyahlar tərtib ediblər və bu günə kimi bəzi muzeylər və şəxsi kolleksiyalarda saxlanılırdı", - həkim bildirib.

Almaniyaya getməzdən əvvəl Ərdəbilin tarixi Üç dükan bölgəsində mağazası olduğunu deyən Məhəmməd Şəriət bu xəritə və fotoları öz şəxsi vəsaiti hesabına alaraq doğma şəhərinə hədiyyə etdiyini söyləyib:

"Almaniyada yaşamağıma baxmayaraq, Ərdəbillə bağlı unudulmaz uşaqlıq və gənclik xatirələrim məni bu addımı atmağa sövq etdi".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər