Almaniyadan Trampa xəbərdarlıq...
ABŞ Prezidenti Donald Trampın Almaniya da daxil olmaqla bir neçə ölkəyə yeni tariflər tətbiq etməklə bağlı təhdidləri vəziyyətin gərginləşməsi və transatlantik münasibətlərə xələl gətirmə riskini daşıyır.
"İnformator.az" xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz X səhifəsində yazıb.
"Biz Danimarkanı və Qrenlandiya xalqını qətiyyətlə və vahid cəbhədə dəstəkləyirik. NATO üzvü olaraq, Arktikada təhlükəsizliyin gücləndirilməsinə sadiqik. Tarif təhdidləri transatlantik münasibətləri sarsıdır və eskalasiya riskini daşıyır", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə (Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveç) qarşı yeni gömrük rüsumları tətbiq edəcəyini açıqlayıb.
