Alo 175-ə daxil olan şikayətlərin əksəriyyəti "qüsurlu mal və xidmətlər"lə bağlı olub
Ötən il Ticarət Nazirliyi yanında “Alo 175 İstehlakçı Məsləhət Xətti”i 471 393 müraciət cavablandırıb ki, onlardan 214 295-i qüsurlu mal və xidmətlərlə bağlı şikayətlər olub.
Bu qaynar xətt nəinki istehlakçıların qarşılaşdıqları problemlərin həlli yollarını təklif edir, həm də mübahisələrin həlli üçün müraciətlərin müvafiq orqanlara ötürülməsinə imkan verir. "Alo 175 İstehlakçı Məsləhət Xətti" vasitəsilə istehlakçılar məlumat əldə edə və aldıqları mal və xidmətlərlə bağlı qarşılaşdıqları problemlər, habelə insan sağlamlığı, həyatı və əmlak təhlükəsizliyi üçün risklər yaradan məhsullarla bağlı məsələlər barədə məlumat ala bilərlər. Bu qaynar xəttin məqsədi həm də məlumatlı istehlakçı profilinin yaradılmasıdır.
TRT XƏBƏR
Selcan Xudiyeva
