00:00:00
Yazar
Admin User
12.11.2025 12:37 146 1 dəq oxuma
İqtisadiyyat

AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib

AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Money Shop" MMC-yə Bakıda daha bir valyuta mübadiləsi məntəqəsi açmaq üçün lisenziya verib.

 

"İnformator.az" bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, bununla da, şirkətin valyuta mübadiləsi məntəqələrinin sayı 2-yə çatıb. Yeni məntəqə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 22 ünvanında fəaliyyət göstərəcək. Hazırda "Money Shop"dan başqa daha 6 şirkət - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital" və "MMK-014" MMC-lər müvafiq lisenziyaya malikdirlər. Xatırladaq ki, "Money Shop" ilk lisenziyanı 2024-cü ildə alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər