00:00:00
Yazar
Admin User
01.12.2025 08:16 88 1 dəq oxuma
Sosial

AMB vəzifəli şəxsləri cərimələyib

AMB vəzifəli şəxsləri cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Nova Credit” və “İDK” MMC-lər, eləcə də “Azərbaycan Mikro-Kredit” ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

 

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər