00:00:00
Yazar
Admin User
25.11.2025 18:37 126 1 dəq oxuma
İqtisadiyyat

AMB Yaşıl İstiqraz Fonduna investisiya edib

AMB Yaşıl İstiqraz Fonduna investisiya edib

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının diversifikasiyası çərçivəsində Beynəlxalq Hesablaşmalar Bankının ABŞ dolları ilə yaradılmış Yaşıl İstiqraz Fonduna investisiya qoyub. AMB sədri Taleh Kazımovun sözlərinə görə, Fond yüksək ekoloji standartlara cavab verən suveren və beynəlxalq təşkilatların “yaşıl istiqrazları”ndan formalaşır. Bu addım iqlimə uyğun və dayanıqlı layihələrin maliyyələşdirilməsinə dəstək məqsədi daşıyır. AMB həmçinin “yaşıl pul” siyasəti alətlərinin tətbiqi imkanlarını araşdırır.

 

Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, bu iqtisadi strukturun diversifikasiyası baxımından da vacibdir:

 

“Yaşıl investisiya müasir çağırışlara uyğun olaraq həyata keçirilən investisiyadır. Təbii ki, Mərkəzi Bank da bu sahəyə diqqət yetirir və həm Azərbaycanda, həm də qlobal səviyyədə müəyyənləşdirilmiş prioritetlərə uyğun şəkildə sərmayə yönəldir. Gözləntilər ondan ibarətdir ki, bu istiqamətdə qoyulan investisiyalar daha rentabelli olacaq və rentabellik səviyyəsi artacaq. Bu baxımdan Mərkəzi Bankın yaşıl iqtisadiyyata vəsait yönəltməsi məqsədəuyğundur və iqtisadi strukturun diversifikasiyası baxımından da vacibdir. Ümumilikdə bu, Azərbaycanda yaşıl iqtisadiyyata marağın artdığını və dövlət qurumlarının bu istiqamətdə yeni məhsullar təqdim etməyə başladığını göstərir".

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər